İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekin Trampa cavab verdi: Çin nüvə sınaqlarını bərpa etmir və qlobal sabitliyə sadiq qalır”

Çin ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etməsi ilə bağlı bəyanatına reaksiya verib.

Musavat.com-un məlumatına görə Çin səfirliyinin ABŞ-dakı mətbuat katibi Lyu Penyuy bildirib ki, Pekin nüvə sınaqlarına qoyulan moratoriuma tam sadiq qalır və beynəlxalq nüvə təhlükəsizliyinin qorunması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazırdır.

“Biz Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinin (CTBT) nüfuzunu qorumaq və beynəlxalq nüvə silahsızlaşdırma və yayılmama rejimini təmin etmək üçün bütün tərəflərlə birgə çalışacağıq,” – deyə Çin rəsmisi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR