 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Valyuta mübadilə məntəqələri olan -“MMK-014” MMC-nin vəzifəli şəxsi 5 060 manat, "Eliko" MMC-nin vəzifəli şəxsi isə 14 169 manat cərimə edilib.
Bu barədə Musavat.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB cari nəzarət prosesləri çərçivəsində “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.6-cı bəndinin tələbinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 maddəsinə müvafiq olaraq, "Eliko" MMC-nin vəzifəli şəxsi 14 169.23 (on dörd min yüz altmış doqquz manat, iyirmi üç qəpik) manat məbləğində cərimə edilib.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ