Onlayn ictimai-siyasi qəzet
Rusiya enerji nəhəngi LUKOIL bildirib ki, şirkət Gunvor Group Ltd. tərəfindən xaricdəki aktivlərin alınması ilə bağlı rəsmi təklif alıb.
Musavat.com xəbər verir ki, şirkətin açıqlamasına görə, əməliyyatın əsas şərtləri artıq tərəflər arasında razılaşdırılıb və LUKOIL bu təklifi qəbul edib, digər potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyini götürüb.
LUKOIL xarici aktivlərini şirkətin özünə və törəmə qurumlarına qarşı tətbiq edilən sanksiyalar səbəbindən satışa çıxarıb.
Mütəxəssislər hesab edirlər ki, bu razılaşma Rusiya enerji sektorunda sanksiyalar sonrası yeni struktur dəyişikliklərinin başlanğıcı ola bilər.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ