İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ukraynaya KÜTLƏVİ HÜCUM: Ölən və yaralananlar var - VİDEO

Dünən gecə Rusiya qoşunları Ukraynanın enerji, dəmir yolu və yaşayış infrastrukturuna kütləvi zərbələr endirib.

Musavat.com xəbər verir ki, Ukrayna hakimiyyətinin məlumatına görə, ölkənin qərb və mərkəzi bölgələrindəki enerji obyektlərinə zərbələr endirilib.

Xüsusilə, zərbələr Lvov bölgəsindəki Dobrotvir İstilik Elektrik Stansiyasına, eləcə də İvano-Frankivsk bölgəsindəki Burştin və Kaluş İstilik Elektrik Stansiyalarına, Vinnitsa bölgəsindəki Ladıjin İstilik Elektrik Stansiyasına dəyib.

Hücumlar nəticəsində ölkə daxilində təcili elektrik kəsintiləri baş verib. Kiyevdə, eləcə də Ukraynanın əksər bölgələrində təcili elektrik kəsintiləri qeydə alınıb.

Zaporojye şəhərində ciddi ziyan qeydə alınıb. Zaporojye Regional Administrasiyasının sədri İvan Fedorovun sözlərinə görə, raket şəhərdəki yataqxanaya düşərək bir neçə mərtəbəni dağıdıb. Şəxsi evlər və çoxmərtəbəli binalar da zərər görüb. İlkin məlumatlara görə, bir nəfər ölüb, ən azı 13 nəfər yaralanıb.

Bundan əlavə, "Ukrzaliznitsa" Nikolayev bölgəsində elektrik kəsintisinin baş verdiyini və bunun nəticəsində bir neçə qatarın gecikdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR