 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ukrayna Türkiyənin Ukrayna Müdafiə Qüvvələri üçün Amerika silahlarının alınmasını nəzərdə tutan PURL (Prioritised Ukraine Requirements List – Ukraynanın Prioritet Tələbləri Siyahısı) təşəbbüsündə iştirakına ümid edir.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müavini İqor Jovkva məlumat verib.
Jovkva Türkiyəyə Ukraynaya müdafiə dəstəyinə görə təşəkkür edib və ölkənin Kiyevin təhlükəsizliyinin qarantı olacağına ümid etdiyini bildirib.
O, həmçinin Ankaranın tezliklə Ukrayna üçün Amerika silahlarının alınması proqramına qoşulacağına əminliyini bildirib.
"Əminəm ki, Türkiyənin NATO çərçivəsində PURL təşəbbüsünə qoşulması yaxın gələcəyin məsələsidir. Ukraynanın həyatları xilas etmək və ədalətli sülhə doğru daha sürətli irəliləmək üçün proqrama bu töhfələrə ehtiyacı var", - deyə Jovkva vurğulayıb.
O, Ankaranı Ukrayna üçün bu vacib qərarı təxirə salmamağa çağırıb.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ