İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini : “Medinex sərgisi səhiyyə sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformadır”

Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rasim İsmayılov “Medinex 2025” sərgisinin açılışında iştirak edib.

Musavat.com-un məlumatına görə, nazir müavini çıxışı zamanı tədbirin səhiyyə sahəsində innovativ inkişaf baxımından əhəmiyyətini qeyd edib.

“Səhiyyə Nazirliyi olaraq hesab edirik ki, Medinex sərgisi səhiyyə mütəxəssislərinin yeniliklərlə tanışlığı, mövcud tərəfdaşlıqların inkişafı, yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır və bu tədbir milli səhiyyə sisteminin innovativ inkişafına töhfə verir”, - deyə Rasim İsmayılov edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR