İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəhərli göbələklər”

Politologiya elmi ilə bağlı olan beynəlxalq ədəbiyyatda müəyyən siyasi partiyaların fəaliyyətini xarakterizə etmək üçün “seçkiqabağı göbələklər” ifadəsindən geniş şəkildə istifadə olunur. Bu cür partiyaların aktivləşməsi əsasən seçkiöncəsi dövrə təsadüf edir, seçkidən dərhal sonra isə onlar yenə də “yoxa çıxırlar”. Sirr deyil ki, məhz Qərbdə siyasi partiyaların böyük əksəriyyəti siyasi alver və pul müqabilində lobbiçilik fəaliyyətinin aparılması üçün yaradılır. Əksər partiyaların müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunmalarının məqsədi də məhz lobbiçilik və siyasi alverdir.

Əslində, mahiyyət etibarı ilə lobbiçilik özü də siyasi alverin təzahürüdür. Əlbəttə ki, müəyyən bir maliyyə və təsir etmək imkanları əldə edəndən sonra kütləvi olmayan partiyalar belə hakimiyyət uğrunda mübarizəyə qoşula bilirlər. Ancaq inkişafın bu mərhələsinə yalnız məhdud sayda partiyalar müvəffəq olurlar. ABŞ-nin və Avropanın bir çox ölkələrinin təcrübəsi qeyd olunanları təsdiq edir. Onlarla, bəzən də yüzlərlə partiyanın rəsmi mövcudluğuna rəğmən seçkilərdə əsas mübarizə cəmi iki-üç partiya arasında aparılır. Ancaq nədənsə bu, ABŞ-də və ya Avropanın bəzi ölkələrində siyasi fəaliyyətin məhdudlaşdırılması kimi adlandırılmır. Əlbəttə ki, sözügedən hal bilavasitə əlahəzrət “ikili standartlar” siyasətinin təzahürüdür.

Heç şübhəsiz ki, “siyasi riyakarlıq” müasir Avropanı xarakterizə edən əsas keyfiyyətlərdəndir. Təkcə futbol üzrə Avropa çempionatının “Türkiyə-Niderland” oyununu xatırlatmaq kifayət olar ki, siyasi riyakarlığın bu qoca qitədə necə inkişaf etdiyini anlaya bilək. Avropa çempionatının operatorları stadionda olan azarkeşləri çəkmədilər və buna səbəb türk azarkeşlərin əl işarələri idi.

BOZQURD SON.jpg (50 KB)

Bu hal artıq özü-üzlüyündə vətəndaşlarının mədəni seçiminin məhdudlaşdırılmasının təzahürdür. Heç şübhəsiz ki, stadionda LGBT bayraqları olsa idi, operator onları davamlı olaraq göstərərdi. Digər tərəfdən, türk azarkeşləri kameraya düşməsin deyə, operatorlar heç Niderland və ya digər ölkələrdən olan azarkeşləri belə göstərmədilər. Bu isə yenə də insan hüquqlarının pozulması deməkdir. Əminliklə onu da deyə bilərik ki, UEFA-nın əsasnaməsində bu cür halları tənzimləyən maddələr nəzərdə tutulmayıb. Bu isə artıq beynəlxalq qanun və ya normativ qaydaların açıq-aşkar pozulmasıdır.

Odur ki, siyasətdə müəllimlik etmək iddiasına düşmüş “qoca qitə” deyəsən “siyasi presbiopiya” (yaxından görməmək) xəstəliyinə düçar olub. Əlbəttə ki, bu sadəcə ironiyadır. Onlar çox gözəl fərqindədirlər ki, sürətlə artmaqda olan tələbatlarını artıq rahatlıqla ödəyə bilmirlər və artan daxili narazılıqlar Avropa mühafizəkarlığını əməlli-başlı sirkələyir. Bu səbəbdən də öz iddialı statuslarını qorumaq üçün digər ölkələrin daxili məsələlərinə müdaxilə etməyə pənah aparıblar.

Gəlin, mövzudan yayınmayaq və qayıdaq öz “zəhərli göbələklərimizə”.

Bəli, təəssüf ki, söhbət məhz “zəhərli göbələk”lərdən gedir. Rasionallığını itirmiş amorf məzmunlu, radikal düşüncəli AXCP öz siyasi fəaliyyətinin anlamını yalnız qalmaqallarda görür. Təsadüfi deyil ki, onların qərəz dolu ritorikasının absurd səviyyəsi də məhz seçkiöncəsi dövrə təsadüf edir. Sadəcə, adi “göbələk partiyalar”dan fərqli olaraq bu vətənşivənlərin ritorikası açıq təxribat xarakteri daşıyır və bu cür ritorikanın hədəfi cəmiyyətdə ixtilaf yaratmaqdır. Odur ki, Avropada olan adi “göbələk partiyalardan” fərqli olaraq zavallı AXCP-miz “zəhərli göbələkdir”.

ALİ KARİM.jpeg (58 KB)

Bir daha xatırladaq ki, radikal müxalifətçilik fəaliyyəti bu düstur üzərində qurulub: qalmaqal bərabərdir siyasi mövcudluq. Ötən 30 il ərzində heç olmasa hansısa bir pozitiv hadisə və ya təşəbbüs kontekstində bu partiyanın adını eşidən olubmu? Cavab bəllidir. Odur ki, heç çəkinmədən deyə bilərik ki, onlar öz fəaliyyətlərində hələ də bu düsturdan kənara çıxmaq istəmirlər. Faciə ondadır ki, onlar özləri də bütün bunların fərqindədirlər, sadəcə öz xislətlərindən əl çəkə bilmir və cəmiyyəti bilərəkdən fəlakətlərə itələyirlər.

politoloq Asif Adil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR