Onlayn ictimai-siyasi qəzet
Latviyanın müdafiə naziri Andris Spruds bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və Silahlı Qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. Nazir bildirib ki, bu addım yalnız orduya yeni qüvvələrin cəlb edilməsi deyil, həm də gender bərabərliyinin təmin olunması baxımından vacibdir.
Musavat.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Latviya 2021-ci ildə 15 min nəfər olan ordusunun sayını 2028-ci ilə qədər iki dəfədən çox artıraraq 31 min nəfərə çatdırmaq istəyir. Hazırda ölkədə milli müdafiə strategiyası çərçivəsində könüllülərin, peşəkar hərbçilərin və məcburi xidmətə çağırılanların sayı artırılır. Qadınların da bu prosesə qoşulması ilə Latviya ordusunun daha çevik və sayca böyük hərbi qüvvəyə çevriləcəyi vurğulanır.
Qeyd edək ki, Baltik ölkələri — Latviya, Litva və Estoniya — son illərdə Rusiya ilə bağlı artan təhlükəsizlik risklərini nəzərə alaraq müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Latviya rəhbərliyi hesab edir ki, vətəndaşların daha geniş kütləsini orduya cəlb etmək ölkənin milli təhlükəsizlik imkanlarını gücləndirəcək.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ