 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            ABŞ immiqrasiya agentləri "Hyundai Motors" üçün inşa edilən akkumulyator zavodunda genişmiqyaslı əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, “Reuters”in məlumatına görə, immiqrasiya xidməti 475 işçinin həbs edildiyini açıqlayıb. Onların böyük əksəriyyətinin Cənubi Koreya vətəndaşları olduğu bildirilir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndələri qeyd edib ki, həbs olunan şəxslərə ölkədə işləmək qadağan edilib. Buna səbəb kimi ya qanunsuz sərhəd keçidi, ya da viza müddətinin başa çatması göstərilir.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ