İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçi: ABŞ-la nüvə danışıqları vasitəçilər üzərindən davam edir

İran xarici işlər naziri Abbas Əraqçinin açıqlamasına görə, Tehran ilə Vaşinqton arasında nüvə proqramı ilə bağlı təmaslar hələ də birbaşa deyil, vasitəçilər üzərindən aparılır.

Musavat.com xəbər verir ki, nazir Abbas Əraqçi həmçinin Böyük Britaniya, Almaniya və Fransanın sanksiyaların bərpası mexanizmini işə salmaq qərarını yanlış addım adlandırıb. Onun sözlərinə görə, bu qərar regiondakı vəziyyəti daha da gərginləşdirə bilər.

Buna baxmayaraq, Əraqçi qeyd edib ki, İran dialoqu davam etdirmək niyyətindədir və əsas məqsəd qarşılıqlı razılaşmaya nail olmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR