İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir". 

Musavat.com xəbər verir ki, bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov deyib. 

O, qeyd edib ki, Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir:

"Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR