İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin HƏRƏKƏTƏ KEÇDİ: Ukrayna şəhərləri OD İÇİNDƏ, Ərdoğan İŞƏ QARIŞDI – radikal ADDIM!

Ukraynada münaqişənin həlli ilə bağlı Türkiyə prezidentinin təşəbbüsü əsasında keçirilən sammit yaxın vaxtlarda baş tuta bilər.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezidenti Administrasiyasındakı mənbə məlumat verib.
“Ümid edirik ki, tezliklə baş tutacaq. Hər şey Rusiya və Ukrayna nümayəndə heyətinin İstanbuldakı danışıqlar prosesindən asılıdır, bu danışıqlar əslində sammitin tarixini yaxınlaşdıra bilər”, - mənbə bildirib.

İyunun 3-nə keçən gecə Rusiya qoşunları Ukraynanın bir sıra bölgəsinə, o cümlədən Odessa və Çerniqova hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Odessada 5 nəfər yaralanıb:

“Çerniqov vilayətində də 4 nəfər yaralanıb. Həmçinin Xarkov ətrafında poçt-terminala hücum edilib, hücum yanğınla nəticələnib, iki anbar binası və konteynerlər alovlanıb, lakin itkilər barədə məlumat verilməyib”.

Səhər saatlarında isə Rusiya qüvvələri çoxsaylı reaktiv yaylım atəş sistemindən istifadə etməklə Sumı atəşə tutub:
“İki nəfər ölüb, 20 nəfər yaralanıb”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçisi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR