İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı

Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.

Deputat parlamentdə çıxışı zamanı "özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər" fikrini səsləndirib.

Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi yanaşmasının mümkünlüyünü qeyd edib.

Deputatın çıxışı ictimaiyyətdə sərt tənqidə səbəb olub. Federal səviyyədə də məsələ rezonans doğurub. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov bildirib ki, Tağızadəni "süpürgə ilə qovmaq lazımdır". XMAO Dumasının sədri Boris Xoxryakov isə deputatın Etika Komissiyasına çağırılacağını açıqlayıb.

Sonradan Xalid Tağızadə üzr istəsə də, bu Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov tərəfindən şübhə altına alınıb.

Tağızadə açıqlamasında belə deyib:

"Yuqranın miqrantlar üçün cəlbedici olmasının səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyildi. Təəssüf ki, fikirlərim birmənalı qarşılanmadı. Bunun üçün üzr istəyirəm".

Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb. Onun bu gün keçiriləcək növbədənkənar sessiyada iştirak edib-etməyəcəyi dəqiq deyil. Məhz həmin iclasda onun mandatdan məhrum edilməsi məsələsinə baxılacağı gözlənilir.

Yuqra siyasi elitasındakı mənbələrə görə, Tağızadə ölkəni tərk edərək Azərbaycana gedib. Rəsmi təsdiq olmasa da, onun hazırda Rusiyada olmadığı ehtimal olunur./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR