Onlayn ictimai-siyasi qəzet
“Mitsubishi Mirage” markalı avtomobillə avtoxuliqanlıq edən, sonra da maşından düşərək qaçan şəxs həbs edilib.
Musavat.com-un xəbərinə görə, hadisə Nizami rayonu, Ziya Bünyadov prospektində baş verib.
1992-ci il təvəllüdlü sürücü əvvəlcə avtoxuliqanlıq hərəkətləri edib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşını saxlamayıb və əks yola çıxıb. Qarşısı kəsildiyi üçün yoluna davam edə bilməyən sürücü maşından düşərək qaçıb.
Polis əməkdaşları tərəfindən saxlanılan sürücü deyib ki, sürət həddini aşdığı üçün polislər maşınla ona yaxınlaşıb. Bu zaman diksindiyi üçün maşının sürətini daha da artırıb və qaçıb. O, əməlindən peşman olduğunu deyib.
33 yaşlı sürücü 1 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs edilib.
İ.Muradov
Musavat.com
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ