İnsanlara hürriyət, millətlərə istiqlal!

269 min zəvvar Məkkəyə BURAXILMADI - 5000 dollar CƏRİMƏ...

Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc ziyarəti üçün xüsusi icazəsi olmayan 269 mindən çox zəvvarın Məkkəyə daxil olmasına məhdudiyyət qoyub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Məhəmməd əl-Bassami məlumat verib.

“Həcc ziyarətinə icazəsi olmayan 269 678 nəfər Məkkəyə buraxılmayıb. 75 mindən çox qanun pozucusu cərimə ödəməli olacaq. Bundan əlavə, təhlükəsizlik qüvvələri qanunsuz zəvvarları daşımağa cəhd edən 1239 nəfəri həbs edib”, – deyə o bildirib.

Təhlükəsizlik rəsmisi onu da qeyd edib ki, hazırda 1,4 milyon rəsmi zəvvar Məkkədə Həcc mərasimlərinin başlamasını gözləyir. Həcc ziyarətinin icazəsiz yerinə yetirilməsinə görə 5000 ABŞ dollarınadək cərimə və digər cəza tədbirləri, o cümlədən deportasiya nəzərdə tutulub. Bu qayda, Səudiyyə Ərəbistanında yaşayış icazəsi olan əcnəbi vətəndaşlara da şamil edilir.

Qeyd edək ki, 2024-cü ildə 1300-dən çox zəvvar Həcc ziyarəti zamanı dünyasını dəyişib. Səudiyyə Ərəbistanı rəsmilərinin bildirdiyinə görə, həlak olanların 80%-dən çoxu Məkkədə qeyri-qanuni yollarla olmuş şəxslərdir. Ölüm hallarının əsas səbəbi xroniki xəstəliklərin kəskinləşməsi və şiddətli isti fonunda fiziki yorğunluq nəticəsində baş verib.

Qeyd edək ki, bu il Həcc 4–9 iyun tarixlərində keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR