İnsanlara hürriyət, millətlərə istiqlal!

“Komedixana”nın aktyorundan həyat yoldaşına: “15 ildir ki…” - FOTO

Aktyor Cavidan Novruz həyat yoldaşı Mehinlə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, aktyor evliliklərinin 15-ci ildönümü olduğunu vurğulayıb.

O, xanımı ilə birgə fotolarını yayımlayaraq bunları yazıb:

"Məni yaxından tanıyanlar çox gözəl bilir ki, ailə şəkillərini tez-tez paylaşmağı sevən biri deyiləm. Yanlış anlamayın, pis baxmıram sadəcə paylaşmağı sevmirəm.

Ona görə də bəzi insanlarda mənim haqqımda müəyyən fikirlər yaranır. Amma bu gün paylaşmasaydım, olmazdı.

Bu gün evliliyimizin 15 ili tamam oldu və Mehin xanımın da doğum günüdür. Çox uzun yazmayacağam, onsuz da bu 15 rəqəmi hər şeyin cavabıdır. Üç şeyə görə sənə ömrümün axırına kimi minnətdar olacağam. Birincisi, var ol ki, Ramiz Novruzun gəlini olaraq o səndən çox razı köçdü bu həyatdan.

İstəklisi, əsl ona layiq bir gəlin olduğun üçün. İkincisi, Turan kimi övladı düzgün istiqamətləndirib tərbiyə etdiyin üçün. Üçüncüsü isə hər gün səssiz-səmirsiz kartımdan damla-damla çıxan pulların bildirişlərinə görə. Səni sevirəm.

Tədbirlərlə bağlı çatdıra bilmədim, amma yaxın günlərdə 15 illiyimiz qeyd olunacaq. Ad günün mübarək. Yaxşı ki, varsan".

Qeyd edək ki, Cavidan Novruz mərhum Xalq artisti Ramiz Novruzun oğludur. Cavidan və Mehin cütlüyünün bir oğul övladı var.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR