Onlayn ictimai-siyasi qəzet
““Bütün bunları niyə deyirəm və edirəm, çünki mən satqınam, kiməsə torpaq vermək arzusunda olan xarici agentəm...” Bu etirafın müəllifi Nikol Paşinyandır. Ancaq bunlar peşmanlıq sözləri deyil”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlələr Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryanın Paşinyanı tənqid edən statusunda əks olunub.
“Nikolun bir planı var və buna uyğun olaraq planlaşdırılmış müharibə vasitəsilə Ermənistanı yeni itkilər və faciələr gözləyir. Coğrafiya – Sünik (Zəngəzur), mövzu - dəhliz, əsas məqsəd - regional vəziyyəti Rusiya-İran maraqlarının ziddinə dəyişmək. Ödəniş üsulu: Ermənistanın maraqları və dövlətçiliyi. Sonra isə son anda sanki nəyisə “xilas etmək” üçün (hələ nə olduğu bəlli deyil) gizli şəkildə növbəti təslim paketini imzalayacaq və...”, - deyə Zakaryan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ