İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan XİN başçısı Ukraynaya gedib

Yunanıstanın xarici işlər naziri Nikos Dendias oktyabrın 19-da Ukraynanın paytaxtı Kiyevə gedib.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Yunanıstanın XİN başçısı Kiyevdə bir sıra rəsmi şəxslərlə görüşüb.

Nazirin sözlərinə görə, görüşlər zamanı xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi, o cümlədən parlament diplomatiyası, Avropaya inteqrasiya, Yunanıstan-Ukrayna münasibətləri və Ukraynadakı yunan diasporu ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yunanıstanlı həmkarı ilə keçirdiyi brifinqdə bu ölkədən piyada döyüş maşınlarının tədarükünün başlandığını deyib.

Kuleba bu texniki vasitələrin Ukrayna üçün çox vacib olduğunu söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR