İnsanlara hürriyət, millətlərə istiqlal!

YÜKSƏK VƏZİFƏYƏ təyin olunan Elçin Süleymanovdan ÖZƏL açıqlama: “Yaxın vaxtlarda...”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini təyin edilən Elçin Süleymanov öz təəssüratlarını Musavat.com-la bölüşüb.

O bildirib ki, fevralın 1-dən yeni işinin başındadır:

“Bu təyinata qədər bir neçə elm mərkəzindən dəvət almışdım. Mən ixtisasca iqtisadçıyam. Mənə yaxın sahə olduğu üçün bu təklifi dəyərləndirdim. Bakı Mühəndislik Universitetində məzunların məşğulluğu məsələləri ilə kifayət qədər tanış idim. Eyni zamanda universitetdə uzun müddət elmi tədqiqatın kurasiyası ilə məşğul idim, elmi işlər üzrə prorektor idim. İndi isə bunu əmək bazarı və sosial müdafiə sahəsində davam etdirəcəm. Bu sahədə çox güclü bir kollektiv var.

Yeni işimin əsas istiqaməti əhalinin məşğulluğu, sosial müdafiə - pensiya sistemi və s.-dir. Bu istiqamətlərlə bağlı elmi tədqiqatlar, dünya təcrübəsinin Azərbaycana tətbiqi. Ümid edirəm ki, vəzifələrimin öhdəsindən gələcəm.

Kifayət qədər məhsuldar görüşlərimiz olur. Bakı Dövlət Universiteti ilə, eyni zamanda beynəlxalq qurumlarla görüşlər keçiririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin davam etdirdiyi bir neçə layihəsi var ki, onların da işçi qrupu ilə görüşlərimiz olur. Ümid edirəm ki, faydalı işlər görəcəyik.

Yaxşı nəticələrimiz var. Yaxın vaxtlarda tədqiqatlarımızı ictimailəşdirməyi planlaşdırırıq”.

Xatırladaq ki, Elçin Süleymanov ötən ilin dekabr ayında elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə sabiq prorektoru vəzifəsindən azad edilib.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR