Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib.
Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə:
“Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır – bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək.”
Xatırladaq ki, son aylarda Azərbaycan–Rusiya münasibətləri soyuq müharibəni xatırladır. Bakı ilə Moskva arasında gərginlik dərinləşir, informasiya savaşı və qarşılıqlı ittihamlar güclənir. Bu mənzərədə Çepanın “qaçılmaz istiləşmə” barədə bəyanatı mövcud reallığa zidd, heyrətamiz açıqlama kimi görünür.
Musavat.com
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ