İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın hərəkəti Mahatma Qandi ideallarına xəyanətdir

"Hindistanın Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxması əhalisi 150 dəfə Azərbaycandan çox olan nəhəng bir dövlətin cılız cığallığıdır".

Musavat.com xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bu barədə bildirib.

O qeyd edib ki, yəni əsaladırlmış bir arqument olsaydı normal yanaşıb diplomatik səyləri artırmaqla ikitərəfli razılaşma ola bilərdi: " İndi biz nə etməliyik ki? Strateji müttəfiqimiz olan Pakstanla münasibətləri pozmalıyıq? Əlbtdə bunu edəsi deyilik. Onsuz da Azərbaycan istədiyinə nail olacaq, sadəcə bir daha da göründü ki, ərazinin böyüklüyü, əhalinin çoxluğu, iqtisadi və hərbi qüdrətin olması dövləti böyük etmir. Böyüklüyün ayrı ölçüləri var. Dahi Mahatma Qandiyə ona görə sui-qəsd edilmişdi ki, o israrla müsəlmanları və indusları barışdırmaq istəyirdi".

Sahib Məmmədov deyib ki, Hindistanın cılız hərəkəti əslində Mahatma Qandi ideallarına da xəyanətdi.

 

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR