Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Çexiyada keçmiş kommunist partiyasının yüksək vəzifəli üzvlərinin, partiya aparatında çalışanların, həmçinin dövlət təhlükəsizliyi və sərhəd qoşunlarının bəzi rəhbərlərinin pensiyaları azaldılacaq.
Yeni qanuna əsasən, onların tutduqları vəzifələrdə keçirdikləri hər il üçün ayda 300 kron azalma tətbiq ediləcək.
Rəsmi məlumatlara görə, ötən ilin mart ayından bu yana artıq 177 keçmiş kommunistin pensiyası azaldılıb. Onlar orta hesabla ayda 1 473 kron itiriblər.
Çexiya hökuməti bu addımı ölkənin totalitar keçmişi ilə barışmaq üçün simvolik tədbir adlandırır. Yeni qanunun gələcəkdə bir neçə min nəfərə şamil olunacağı gözlənilir.
Ekspertlərin fikrincə, bu qərar həm siyasi, həm də ictimai baxımdan keçmişlə üzləşmənin açıq bir nümunəsi olacaq.
Musavat.com
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ