Onlayn ictimai-siyasi qəzet
Rusiyada azərbaycanlı diaspor nümayəndəsi Şahlar Novruzov həbs edilib.
Musavat.com xəbər verir ki, Novruzov Kubanda tanınmış biznesmenlərdəndir, Tuapse-də yükləmə terminalının və Krasnodar şəhərindəki “Köhnə Bakı” restoranının sahibidir.
Rusiya KİV-lərinin məlumatına görə, Novruzov 919 milyon rubl dəyərində əmlakı ələ keçirməyə cəhd etməkdə ittiham olunur və cinayət işi üzrə əsas fiqurant hesab edilir.
İstintaqın məlumatına görə, cinayəti törətmək məqsədilə, aralarında Şahlar Novruzovun da olduğu qrup Prikubansk Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsi təqdim edib.
Hüquq-mühafizə orqanları bildirir ki, cinayətkarlar məhkəməyə təqdim etdikləri sənədin saxta olduğu üzə çıxıb və bununla aktivləri ələ keçirməyə çalışıblar.
Musavat.com
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ