İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iştahı böyüyür: xəritədə Odessa və Nikolayev də var

“The Wall Street Journal” jurnalisti Yaroslav Trofimov Rusiya Müdafiə Nazirliyinin yayımladığı kadrda diqqətçəkən detal aşkar edib.

Musavat.com xəbər verir ki, bu barədə “Qordon” kanalı məlumat yayıb.

Söhbət ötən şənbə baş tutan müşavirədən gedir. Tədbirdə Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov işğalçı ordunun Ukraynaya qarşı yaz-yay dövründəki döyüş əməliyyatlarının nəticələrini müzakirə edib.

Jurnalistin sözlərinə görə, Gerasimovun arxasında divardan asılan xəritədə Ukraynanın bir sıra bölgələri – Xerson, Zaporojye, Nikolayev və Odessa – Rusiya əraziləri ilə birləşdirilmiş kimi göstərilib.

Trofimov qeyd edib ki, şəkil kifayət qədər bulanıq olduğundan tam əminliklə nəticə çıxarmaq çətindir, lakin xəritənin Rusiya hərbi məqsədlərini əks etdirdiyi ehtimal olunur.

“Xəritədə Rusiya hərbi hədəflərinin Ukraynanın yarısını, o cümlədən Xarkovu və Odessanı əhatə etdiyi görünür”, - deyə Yaroslav Trofimov bildirib.

Bununla belə, təqdim edilən rakursdan Xarkov vilayəti aydın seçilmir.

Müşavirədə nümayiş olunan görüntülər Ukraynanın yeni ərazilərinin ilhaqı ilə bağlı Kreml planlarına dair şübhələri bir daha artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR