Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisənin məhvetmə sahəsində partlayış olub.
"Report" "Türkiye" qəzetinə istinadən xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ikisi jandarm, biri polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Aydın valisi Yakup Canbolatın sözlərinə görə, hadisəyə səbəb partlayıcı maddə daşıyan maşının aşması olub. Bundan sonra ərazidə partlayış baş verib. O, həmçinin xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ