Onlayn ictimai-siyasi qəzet
İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisini Rusiya şirkətləri həyata keçirəcək.
Musavat.com xəbər verir ki, bunu “Rossiya-1” telekanalının efirində Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib: "Əlbəttə ki, İranda bu əlaqəni, yəni Rəşt-Astara dəmir yolu marşrutunu qurmaq bizim üçün vacibdir. Həmkarlar nəhayət, marşrutu müəyyənləşdirməlidirlər, biz faktiki olaraq torpaq sahələrinin alınması ilə bağlı işə başlamalıyıq. Tikinti ilə Rusiya şirkətləri məşğul olacaq”.
Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına gediş-gəlişi təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək. Daha doğrusu, vəsaitin 1,3 milyard avrosunu Rusiya dövlət krediti kimi ayıracaq, qalanını İran təmin edəcək.
Memorandum imzalanmasından 2 ildən çox vaxt keçsə də, İran tərəfinin xəttin keçəcəyi ərazilərdə torpaq alınmasını başa çatdırmaması üzündən layihələndirmə işlərinə başlanması mümkün olmayıb.
Musavat.com
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ