İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı turistlər Türkiyədə yeni rekorda imza atdı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Türkiyəyə səfər edən rusiyalı turistlərin sayı tarixi rekorda çatıb.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirib. Onun sözlərinə görə, son bir ildə Türkiyəni 6,7 milyondan çox Rusiya vətəndaşı ziyarət edib. Bu göstərici ötən illə müqayisədə 6,3 faiz çoxdur.

Putin qeyd edib ki, turizm sahəsində bu dinamika iki ölkə arasında əməkdaşlığın gücləndiyini göstərir. Türkiyə Rusiya vətəndaşlarının ən çox üstünlük verdiyi istirahət istiqamətlərindən biri olaraq qalmaqdadır.

Mütəxəssislərin fikrincə, bu artım həm qarşılıqlı siyasi əlaqələrin, həm də turizm infrastrukturunun inkişafı ilə bağlıdır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR