İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər həlak olub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə nətisində minik avtomobili Şəhidlər xiyabanının giriş qapısına çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtomobildə iki nəfər olub. Hər iki şəxs ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.

Ölənlərdən birinin Həsən Mirzəyev adlı şəxs olduğu deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR