İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevgeni Priqojin onu cinayətkar adlandıran İqor Strelkovu Ukrayna ilə döyüşməyə çağırıb

Ukraynadakı döyüşlərdə vəhşiliyi ilə ad çıxarmış "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin başqa bir keçmiş muzdlu İqor Strelkovu (Qirkin) Ukraynada döyüşməyə çağırıb.

“Mən Vaqner ÖHŞ-nin böyük rəhbəri kimi, cənab Girkinin mövqeyinin düzgünlüyünü yoxlamaq və özünün dediyi kimi döyüş təcrübəsindən istifadə etmək üçün cəbhəyə dəvət edirəm. Mən ona LXR (qondarma-red.) ərazisinə öz səlahiyyətlərinə uyğun olaraq hücum bölmələrindən birində rəhbər vəzifəyə təyin olunmasını təklif edirəm ",-deyə Priqojin söyləyib.

Muzdluluarın rəhbərinin sözlərinə görə, o ona yüksək vəzifə təklif edə bilməyəcək, çünki bunun üçün Girkin öncə “bacarıqlarını göstərməlidir”.

Qeyd edək ki, Srelkov 2014-cü ildə Donetksin bir hissəsinin işğalında aktiv rol oyanayan adamdır. O, Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabitidir.

Bu yaxınlarda o, Ukraynada “Vaqner” muzdlularının döyüş qabiliyyətini şübhə altına alan açıqlamalar verib. Bundan başqa o, Priqojini keçmiş cinayətkar adlandırmaqdan çəkinməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR