Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmi hədəfə aldıqlarını elan edib.
Husilərin hərbi sözçüsü Yahya Seri, El-Mesira kanalında açıqlamasında bildirib ki, Husilərə məxsus dəniz qüvvələri iki hərbi əməliyyat həyata keçirib. Onlardan biri ABŞ-ın “OLYMPIC SPIRIT” adlı neft gəmisinə qarşı olub və gəmi 11 ballistik raket və 2 pilotsuz uçuş aparatı ilə vurulub.
Digər hücum isə Hind okeanında qanadlı raketlə “ST. JOHN” adlı gəminin hədəfə alınması ilə baş tutub. Seri vurğulayıb ki, İsrailin Qəzzaya hücumları dayandırılmayana qədər əməliyyatlar davam edəcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ