İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan istefa verdi

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə NEWS.am öz mənbələrinə istinadən məlumat yayıb.

Hələlik bu barədə rəsmi məlumat verilməyib.
Vardanyan bu vəzifəyə qədər Ermənistanın "Elektrik Şəbəkələri", "Tashir Group" və "Yüksək Gərginlikli Elektrik Şəbəkələri" şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Agentlik mənbələrinin bildirdiyinə görə, istefaya səbəb hakimiyyətin enerji sektorundakı vəziyyətdən narazılığı olub.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR