İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ən bahalı brendlərinin adları AÇIQLANDI

Dünyanın ən bahalı brendlərinin reytinqi açıqlanıb.

Reytinq qlobal brendlər üçün konsaltinq şirkəti olan "Interbrand" tərəfindən dərc edilib.

Belə ki, "Apple", "Microsoft" və "Amazon" ümumi brend dəyərindəki artımın yavaşlamasına baxmayaraq, liderliklərini qoruyub saxlayıblar.

2024-cü ildə onların ümumi dəyəri 3% artaraq 3,4 trilyon dollara çatıb ki, bu da son illərin ən aşağı artım tempidir.

"Apple"ın brend dəyəri 3% azalaraq 488,9 milyard dollar olub ki, bunu analitiklər süni intellektə sərmayə yatırmağa ehtiyatlı yanaşma ilə əlaqələndirirlər. İlk onluğa daxil olan şirkətlərin əksəriyyəti il ​​ərzində brend dəyərlərinin artdığını müşahidə edib. "Apple"dan başqa istisna "Mercedes" olub - brendin dəyəri 4% azalaraq 58,9 milyard dollar təşkil edib.

İlk 10-luğa "Google", "Samsung", "Toyota", "Coca-Cola", "Mercedes", McDonald's" və "BMW" daxildir. Ən sürətli artım "Ferrari" və "YouTube"da müşahidə olunub. Reytinqdə ilk dəfə olaraq "Nvidia", "Pandora", "LG Electronics" və "Jordan" yer alıb.

"Interbrand", qısamüddətli nəticələrə diqqət yetirməsi səbəbindən brendlər üçün itirilmiş fürsəti 3,5 trilyon dollar dəyərində qiymətləndirir. Şirkətin rəhbəri Qonsalo Bruxo qeyd edib ki, brendlərin strateji idarə olunması ilə onların dəyəri 6,9 trilyon dollara çata bilərdi.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR