İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah kəşfiyyatının rəhbəri İsrailin zərbəsindən qurtuldu

Livanın şiə Hizbullah hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Vəfik Səfa İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələrdən sağ çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə hərəkatdakı mənbəyə istinadən Al Mayadeen telekanalı məlumat yayıb.

Onun məlumatına görə, Vafiq Səfaya qarşı sui-qəsd uğursuz olub, o xilas edilib.

Bundan əvvəl TASS-ın müxbiri İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzi hissəsində Hizbullah tibb mərkəzlərinin yerləşdiyi iki binanı atəşə tutması barədə məlumat vermişdi.

Hava hücumlarından zərər çəkmiş binaların yerləşdiyi Ras əl-Nabaa və Nuairi məhəllələrində xilasetmə işləri davam edir. Yanğınsöndürənlər binalardan birinin yuxarı mərtəbələrində sıxılmış vəziyyətdə qalan bütün sakinləri təxliyə edə biliblər. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, hücumlarda 22 nəfər ölüb, 117 nəfər yaralanıb. 

Qeyd edək ki, bəzi mənbələrdə Vafiq Səfanın öldüyü iddia edilir. ABŞ-ın MTV xəbər agentliyi İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində müstəsna bir personajın öldürüldüyünü bildirib. 

Qeyd edək ki, hücumun hədəfi Nəsrullahın qaynı və Hizbullahın müdafiə naziri, həmçinin Hizbullahın hazırkı baş katibi Vafiq Səfa olub. 

Şahanə Rəhimli
Musavat.com

photo_2024-10-11_01-01-55.jpg (30 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR