İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Albaniyaya kamikadze dronlar hədiyyə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya “əhəmiyyətli” sayda kamikadze pilotsuz təyyarələr verəcək.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı baş nazir Edi Rama məlumat açıqlayıb.

Ərdoğanın Albaniyaya bir günlük səfəri zamanı keçirilən birgə mətbuat konfransında Rama deyib: “Bu, Türkiyə Respublikasının Albaniyanın yenilməz olduğuna dair güclü mesaj verən bir hədiyyədir”.

Kamikadze-dron hədəfə doğru uçaraq aşağı enən və zərbə zamanı partlayan silahdır.

Reuters-in əlaqə saxladığı hökumət rəsmisi dronların sayı və növü ilə bağlı əlavə məlumat verə bilməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR