Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandr Vuçiç, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis və bir sıra digər ölkələrin yüksək səviyyəli nümayəndələri oktyabrın 9-da Xorvatiyanın Dubrovnik şəhərində keçirilən 3-cü Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekunlarına dair bəyannamə qəbul ediblər.
Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, 18 bənddən ibarət bəyannamədə Rusiyanın Ukraynadakı hərəkətləri pislənir.
Bundan əlavə, sənəd beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyini gücləndirməyə çağırır. Bəyannamədə həmçinin Ukraynanın “sülh formulu” dəstəklənir, ölkənin ərazi bütövlüyünün qorunması əsas prinsip olaraq vurğulanır.
Bəyannaməni Ukrayna, Xorvatiya, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Sloveniya və Rumıniya da imzalayıb.
Serbiya prezidentinin bəyannaməni imzalaması Rusiyada böyük narazılığa səbəb olub. Rusiya mətbuatı artıq Aleksandr Vuçiçi satqın obrazında təqdim etməyə başlayıb. Bundan əlavə, Türkiyəyə qarşı da ciddi narazılıq dolu materiallar dərc edilməkdədir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ