İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiyanın baş naziri Casinda Ardern istefa verib

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern istefa verib.

AZƏRTAC xəbər verir ki, fevralın 7-si onun vəzifəsinin sonuncu günü olacaq. Seçkilər oktyabrın 14-nə təyin edilib.

“Mən insanam, siyasətçilər də insandır. Əlimizdən gələn qədər hər şeyi edirik. Sonra isə vaxt başa çatır. Artıq mənim üçün vaxtdır”, - deyə o bildirib.

Qeyd edək ki, Ardern 2017-ci ildə 37 yaşında baş nazir seçilərkən hökumətə rəhbərlik edən dünyanın ən gənc qadınlarından biri olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR