İnsanlara hürriyət, millətlərə istiqlal!

"Milton" qasırğası ABŞ-də yaşayan azərbaycanlının da evini GÖRÜN NƏ HALA QOYDU

ABŞ-də Tampa Körfəzini vurmağa başlayan "Milton" qasırğası həyatı iflic etməyə davam edir. Qasırğa ötən gün yerli vaxtla saat 20:30-da Florida ştatının Sarasota yaxınlığındakı Siesta Key adasına 3-cü kateqoriya fırtına kimi daxil olub.

Prezident Co Bayden tərəfindən "Yüz ilin qasırğası" olaraq adlandırılan "Milton"dan yerli əhali ilə yanaşı Floridada yaşayan azərbaycanlı da ziyan çəkib.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə video və məlumat daxail olub.

"University of South Florida" təhsil alan həmyerlimiz bildirib ki, qasırğa St. Petersburg sahillərini darmadağın edib və onun yaşadığı mənzilə də xeyli ziyan dəyib.

Qeyd edək ki, ABŞ-nin Florida ştatının hökumət qurumları "Milton" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatın 5,5 milyondan çox sakininə evlərini tərk etməyi və təxliyə olunmağı tövsiyə edib.

Burada 3,3 milyondan çox elektrik abunəçisi işıqsız qalıb.

Ümumilikdə Təxminən 11 milyon insan daşqınlar və çayların daşması təhlükəsi ilə üzləşib. Son rəqəmlərə görə 16 nəfər təbii fəlakət nəticəsində vəfat edib.

Floridada "Milton"un viran qoyduğu ərazilərdən görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR