İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda 15 gün sonra nələr olacaq?

Qərb bu bölgədə özünə “yığışmalıdır”

Gürcüstanla bağlı baş verənlər Qərbin əsl simasını bir daha ortaya çıxardı. Bu şarlatanlar demokratiyadan, azad seçkilərdən boğazdan yuxarı danışıb, ölkənin qanuni hakimiyyətinə ağıl öyrətməyə girişir, sözləri eşidilmədikdə bu dəfə “ya bizimlə olmalısan, ya səni əzəcəyik” təhdidinə keçir, necə deyərlər, “it-pişikli” bir ölkənin üzərinə gedirlər.

Nə vaxt ki, gürcü hakimiyyətləri onların ağlı ilə oturub-qalxırdılar, Gürcüstan regionda Qərb təbliğatında “azadlıq diyarı”, “demokrtatiya sevdalısı” idi. Elə ki, dövran dəyişdi, ABŞ və onun Avropadakı “ocağa odun daşıyanları” Gürcüstan haqda ən mənfi fikirləri səsləndirməyə başladılar, “indi əks-təbliğatlarında dövləfin imicini ləkələyirlər.

Gürcüstanın Avropa İttifaqına üzvlüyü vədi, bu yöndə atılmış minimal addımların(vizasız səfərlər və s.) əsl məqsədi ört-basdır etmək üçün bir şirma, maskalanma idi əslində. NATO-ya üzvlük də gerçəkləşməyəcəkdi, bunu Gürcüstanla imzalan çoxsaylı sənədlər yox, reallqlar diktə edirdi.

_102876899_gettyimages-82228731.jpg (66 KB)

Son dörd ildə, xüsusilə 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlamasından sonra dəyişən çox gerçəkliklər var. Onlardan iki mühümünü xatırladaq. Dünya gördü ki, Qərb öz strateji maraqları naminə bir ölkəni güdaza da verər, milyonlarla insanın tərki - vətən olmasına da səbəb də… Ukrayna müharibəsinin başlamasının iki aydın səbəb var. Qərb israrla deyirdi ki, Rusiyanın istəyinin əksinə olaraq, Ukrayna guya NATO və Avropa Birliyinə üzv olacaq. Belə bir sənədlər Ukrayna ilə yanaşı Gürcüstanla da, Moldova ilə də imzalanmışdı. Moldova hələ də o nağıllara inanmaq yolundadır(daha dəqiqi zorundadır) , Gürcüstan isə “gözü çıxmış qardaşından” dərs aldı, əvvəla anti-Rusiya sanksiyalarına qoşulmadı, Ukraynanın işğalına qarşı olsa da, Rusiyanın qarşısında olmamağı qətiləşdirdi.

Rusiyanın Gürcüstanda separatizmə dəstəyi əvvəldən bəllidir, Qərbin təxribatı ilə 2008-ci ilin avqustunda başlamış müharibə iki separatçı bölgənin “tanınmasına” səbəb oldu. Yəni Gürcüstan əslində, Ukraynanın taleyini “beşgünlük müharibədə”yaşamışdı zatən.”Gürcü Arzusu” da anladı ki, Qərb üçün bu cür “fədakarlığa”dəyməz, onlar üçün insan, azad seçim, demokratiya yalnız təhlükəli oyundur. Gürcü hökuməti Rusiyaya qarşı “ikinci cəbhə”olmağa razılaşmadı, ölkənin maraqlarını üstün tutdu. İndi Qərbin Gürcüstana sanksiya, seçkilərdə inqilab hədələrinin bir səbəbi var. Sözəbaxmazlıq. Gürcüstan hakimiyyətinə çox tikanlı sözlər deyilir, rusiyayönümlü və sairə. Amma faktiki Gürcüstan xalqın və dövlətin maraqlarını qorumağa çalışır, ona görə cəzalandırmaq istəyirlər.

2021-07-06T174511Z_14684123_RC24.jpg (324 KB)

Gürcülər Avropadan, hətta dünyanın o başından ölkələrinə avtomobil gətirməyi yaxşı bacarırlar, amma Qərbin LGBT kimi “dəyərlərini” həm mentalitet, həm dinə bağlı olduqlarına görə qəbullanmadılar, bu da Qərbin xətrinə dəydin. Eləcə də ən müxtəlif adlar və maraqlarla ölkəyə daxil olmuş xarici QHT-lərə nəzarət haqqını qanuniləşdirməsi münasibətləri daha da soyutdu.

Dəfələrlə yazmışam ki, Gürcüstan hakimiyyətinin addımlarını milli və dövlət maraqlarına uyğun hesab edirəm. Gürcüstan hakimiyyəti ağıllı davrandıqca, Qərb dairələri “dəliyə dönürlər”. Avropa Birliyinin, Avropa Parlamentinin son qərarları anti-Gürcüstan qüvvələrin, ümumilikdə Cənubi Qafqazda sülh, dinclik istəməyənlərin reaksiyasıdır.

Oktyabrın 26-dakı seçkilərdə “Gürcü Arzusu”nun mövqelərini zəiflətmək, müxalifət qüvvəlıri isə gücləndirmək, bununla da ölkədə seçki qarşıdurmalarına rəvac vermək siyasəti güdülür. Seçki günlü yaxınlaşdıqca, gərginlik, vətəndaş qarşıdurması üçün daha fərqli metodlar işə salınacaq. Avropa Birliyi Gürcüstan vətəndaşları üçün viza rejimini sərtləşdirir, Rusiya isə bunun əksinə, ilıər öncə tətbiq edilən viza rejimini yumşaltdı. Moskva fərqindədir ki, Gürcüstan hökuməti Qərbin təxribat planlarında iştirakçı olmaqdan imtina edir.

Gürcüstanın Qarabağ müharibəsində Azərbaycan hakimiyyətinin düşünülmüş siyasətinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etmək niyyəti haqda çox danışılır.

1706784239893617232_1200x630.jpg (90 KB)

Son olaraq, baş nazir İrakli Kobaxidze bəyan edib ki, Abxaziya və Cənubi Osetiyanın geri qaytarılmasını nəzərə alaraq ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır. Gürcüstanın “İctimai Televiziyası”na müsahibəsində baş nazir deyib ki, 1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. “Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür ” deyə o qeyd edib. Gürcüstanda separat bölgələrdə milli məsələ bir az qəlizdir, Tiflis də, Moskva da bunun fərqindədirlər. Rusiya Cənubi Qafqaz siyasətində etdiyi dəyişiklikləri əlbəttə, həm də regional nüfuz savaşlarının nəticəsidir. Gürcüstan bu savaşda tərəf olmağın təhlükəsini anlayır. Gürcüstan həm hərbi, həm iqtisadi baxımdan Ermənistandan güclüdür, ona görə Qərbin bu oyunu Ermənistana “transferi”xüsusi nəticə verməyəcəyi əvvəldən də bəlli idi,amma İrəvana həm də “qaz”verirlər ki, Rusiya ilə qarşıdırma prosesini sürətləndirsin. Ermənistan isə nə Gürcüstan, nə Ukraynadır. Əgər regionda yenidən ciddi tərpəniş olsa, Ermənistan iki filin ayağı altında əziləcək. Paşinyan ağılsız deyil, amma bağlı olduğu dairələrin gözünü qan örtüb və onlar yeni “qurbanlar”istəyirlər. Ermənilərin canı da, ölkəsi də cəhənnəm. Ağızları bir dəfə əzilsin. Gürcüstan isə bizə çox mühüm ölkədir, gürcü xalqı da ölkəsində dincliyi, suverenliyi bərpa etməyə haqq edir. Bu bir az çətin prosesdir, amma “buz əriməyə”başlayıb. Gürcüstandakı seçkilər bölgədə dəngələri müəyyənləşdirmək baxımdan əhəmiyyətlidir. Bu, həm də gə “Gürcü Arzusu” və müttəfiqləri üçün ciddi sınaqdır. Qərb bu seçkilərdə revanş götürməyə çalışacaq, alınmasa, onlar da bu ölkəyə münasibətlərdə korrektələr etməli, hədə və sanksiyalar dilində danışmaqdan uzaqlaşmaııdır. Qərb bu bölgədə özünə “yığışmalıdır.”

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR