İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Estoniyaya qarşı - Saat 20:00-da...

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.

Musavat.com fanat.az-a istinadən xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyanın qonağı olacaq. Matça saat 20:00-da start veriləcək. Qarşılaşmanı irlandiyalı hakimlər idarə edəcəklər.

Azərbaycan millisi ilk iki turda xal qazana bilməyib. Komandamız evdə İsveçə (1:3) və səfərdə Slovakiyaya (0:2) uduzub. 

UEFA Millətlər Liqası

III tur

11 oktyabr

20:00 Estoniya – Azərbaycan

Baş hakim: Rob Harvi (İrlandiya)

Tallin. “Lilleküla” stadionu. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR