İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Mustafayevin mağazasından 330 minlik OĞURLUQ

Bakıda 330 min manatlıq saat oğurlanıb.

Musavat.com-un xəbərinə görə, hadisə 9 oktyabr saat 17 radələrində Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında baş verib.

Belə ki, müştəri qismində mağazaya gələn şəxs 330 min manat dəyərində olan 1 ədəd "Breguet" markalı qol saatını gizli yolla oğurlayıb.

Aparılan istintaq zamanı Çin Respublikası vətəndaşı 1977-ci il təvəllüdlü Zhang Guomin şübhəli şəxs qismində saxlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist, keçmiş ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adının açılışıdır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR