Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus "Tesla" şirkəti "Kiberkab" (Cybercab) adlı pilotsuz robotaksi hazırlayıb.
Musavat.com Publika.az-a istinadla xəbər verir ki, yeni məhsulu şirkətin sahibi təqdim edib.
"Tesla" onlarla oxşar taksi nümayiş etdirib. Mask onlardan birinə əyləşib.
"Biz yolların görünüşünü dəyişdirmək istədik. Gələcək gələcək kimi görünməlidir", - Mask deyib.
Milyarder bildirib ki, ən yeni avtomobillərdə pedallar və sükan yoxdur. O, robotaksini “düyməni bas və unut” prinsipi ilə işləyən liftlə müqayisə edib.
Maskın sözlərinə görə, avtomobilin qiyməti 30 min dollardan az olacaq.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ