İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada polis terror aktının qarşısını alıb

Almaniya polisi Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində kinoteatrı yandırmaq istəyən cinayətkara atəş açıb.

Hadisənin terror aktı olduğu ehtimal edilir.

Qeyd olunub ki, kinoteatra hücumdan əvvəl həmin şəxs bir neçə yerdə yanğın törədib. Əvvəlcə o, Federal Məşğulluq Xidmətinin yerli idarəsinin binasına yandırıcı qurğu atıb, sonra binanın qarşısında dayanmış avtomobili yandırıb. Polis çoxmənzilli yaşayış binasının damında yanğının da onun hərəkəti nəticəsində baş verdiyini ehtimal edir.

Axşam saatlarında cinayətkar "Cinemaxx" kinoteatrına soxulmağa cəhd edib. Girişdə olan iki polis ona atəş açıb. Həkimlər kişini təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Yanğın törədənin vəziyyəti kritik qiymətləndirilir.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR