Onlayn ictimai-siyasi qəzet
Yeni Zelandiya hökuməti Rusiya vətəndaşları və şirkətlərinə qarşı əlavə sanksiyalar paketi elan edib.
APA xəbər verir ki, müvafiq bəyanatı ölkənin xarici işlər naziri Uinston Piters verib.
Piters əlavə edib ki, sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi və enerji sektoru ilə əlaqəsi olan 52 fiziki və hüquqi şəxsi hədəf alıb.
Sanksiya siyahısına Rusiyanın bir sıra regionlarının, hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərləri, hərbi hissələrin komandirləri daxildir.
Rusiya ictimai təşkilatlarına və xeyriyyə fondlarına, xüsusən Rusiya Qəhrəmanı Axmat Kadırov adına Regional İctimai Fonduna və onun prezidenti Aymani Kadırova qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Bundan əlavə, Rusiya hərbi-sənaye kompleksinin dəstəklənməsi ilə məşğul olan bəzi KXDR vətəndaşlarına və neft hasilatı və nəqli, həmçinin pilotsuz döyüş və kəşfiyyat sistemlərinin inkişafı və yaradılması ilə bağlı bəzi Rusiya müəssisələrinə qarşı da sanksiyalar tətbiq edilib.
Piters həmçinin bildirib ki, Yeni Zelandiya Dünya Bankının idarə etdiyi Ukraynaya Yardım, Bərpa, Yenidənqurma və İslahat Fonduna 3 milyon Yeni Zellandiya dolları (1,7 milyon dollar) əlavə yardım verəcək.
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ