Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “İrəvan qalasında erməni xəyanəti” adlanır.
Filmdə Azərbaycan tarixində mühüm yer tutan İrəvan xanlığının 1827-ci ildə çar qoşunları tərəfindən zəbt olunmasında ermənilərin xəyanətindən bəhs edilir. Qərbi Azərbaycan tarixində əhəmiyyətli yer tutan İrəvan xanlığı ilə İrəvan qalasının mühasirəsi zamanı baş verən hadisələr bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.
Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayeva, baş prodüseri Xalq artisti Ramiz Həsənoğludur.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ