İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Günəşlidə istilik problemi: Mənzillərdə olmayan istiliyə görə borc yazılır - VİDEO

Paytaxtın Suraxanı rayonu Yeni günəşli qəsəbəsi, D massivindəki 1 nömrəli binanın sakinləri deyir ki, qışın bu çağında mənzillərə istilik verilmir.

Musavat.com “Xezerxeber.az”a istinadən xəbər verir ki, istiliklə təchiz edilmədikləri halda da adlarına borc yazılıb.

Sakinlər iddia edirlər ki, binada sistem mövcud olsa da, mənzillərdə istilik yoxdur.

İstifadə etmədikləri halda istiliyə görə borcun yazılması və qurumun onlara verdiyi cavab sakinlərin narahatlığını daha da artırıb.

Məsələ ilə əlaqədar Azəristiliktəchizat ASC-dən isə bildirilib ki, sözügedən binaların istiliklə bağlı problemi yoxdur.

Daha ətraflı videomaterialda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR