Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 04.09.2023 15:06
Sabahdan Xankəndidə çörək talonlarla satılacaq. “Şeytan yuvası”ndan gələn xəbərlərə inansaq, bu gün – sentyabrın 4-dən əhaliyə talonlar paylanacaq. Adambaşı 200 qram çörək nəzərdə tutulur.
Xankəndinin cəmi 20 km-liyində isə 40 ton ən keyfiyyətli unu buraxmırlar. “Ac”, “taqətsiz”, çörəyi “talon”la almağa hazırlaşan ermənilər yolu kəsib. İndi buna nə ad qoyasan: özünü soyqırım, intihar, toxların aclıq şousu, yoxsa nə?
Yəqin ki, hamısı. Daha aktual olan sual da var: görəsən bunlar dünyanı, dərrakə yiyələrini nə hesab edirlər?..
Beləcə, vaxtilə rusun hesabına Türkün torpaqlarında yerləşib Türkün çörəyini bəyənməyənlərin riyakarlığı, əttökən təlxəkliyi davam edir. Buna meymunluq, “qədim peşə”ni əla əxz eləmiş “qədim millət”in əxlaqsızlığı və tərbiyəsizliyi də demək olar.
Amma çifayda, xristian Qərb bu sırtıq, təlxək, meymun, zatı qırıq, əxlaqsız və tərbiyəsiz məxluqatı sevir, onun üstündə əsir, yalanlarına az qala, sitayiş edir. Nəinki sitayiş edir, bu yalan-palanın təbliği üçün yaxa cırır öz ləyaqətini 5 qəpiyə satan vicdansız Qərb siyasətçiləri! Burdan-bura göz deşən gerçəyi isə görməzdən gəlirlər...
Əcaib mənzərədir. Eyni zamanda, “Qafqaz qaraçıları”nın növbəti özünü ifşa və özünü təkzib tamaşanı seyr eləməkdəyik. Pənahəli Xanın şəhərinin düz “burnunun ucu”nda 7 gündür qəbul gözləyən, unla dolu cəmi ikicə yük maşını beləcə, bu saxtakar qəbilənin və onun havadarlarının iç üzünü, məkrini faş eləməkdə, rentgen kimi çəkib bütün dünyaya göstərməkdədir.
Sözsüz ki, əleyhimizə qurulan bu şoular da nəticəsiz bitəcək – onun müəlliflərini rəzil eləməkdən savayı. “5-ci nöqtələri” ilə göyə də dırmaşsalar da xeyri olmayacaq. Əbəs cəhdlərdir. Çünki “miatsum” qatarı çoxdan gedib. Bu axmaq oyunlarla onu geri qaytarmaq mümkünsüz! Və nə yaxşı ki, separatçı-terrorçuları “yaxşı” və “pis”ə bölən ikiüzlü Qərb də “miatsum” qatarını geri dondərmək gücündə deyil...
Ondansa, Qarabağın erməni sakinləri nə qədər gec deyil, Prezidentin köməkçisi Hikmət Hacıyevin sözünə qulaq asıb da, Azərbaycan vətəndaşlığı almaq üçün ərizə yazmağa başlasınlar. Müraciət üçün növbəyə yazılmaq zamanı çoxdan çatıb. Yoxsa bir də gördünüz “Yaşma” Xankəndidədir.
Bakı separatçılar üçün təkcə un göndərməyəcək ki. Ərzaq dolu “Qızıl Aypara” maşınlarının ardınca “Şeytan yuvası”na bu dəfə başqa maşınlar yola salına bilər! “Yaşma” gələr, pis gələr, gələr və silər...
Hələ ki, səbrimizi basıb ərzaq göndəririk. İndi gör nə qədər sülhpərvər xalq, humanist dövlətik ki, Qarabağda, “boz zona”da qanunlarımızı və suverenliyimizi saymayan ermənilərə yemək göndəririk ki, sıxıntı keçirməsinlər. Torpaqlarımızın altını-üstünə çevirənlərə, soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımları törədənlərə, hər cür şərəfsizliyə və alçaqlığa imza atanlara.
Əlbəttə ki, bu - strateji hədəf naminə edilən güzəştlərdir, siyasətdir, nəinki “səni sevəcəyəm səni sevməsən də” altruizm məntiqi. Müxtəsəri, “baş sığallama” proseduru uzun çəkməyəcək, çəkə bilməz.
Biz hələ ki, təmkin və böyüklük göstəririk. Zira, Allah səbirliləri sevər və mükafatlandırar. Necə ki, 27-28 il dişimizi-dişimizə sıxıb işğalçıların həqarətlərinə dözdük və günün birində, ən münasib vaxtda qəfildən “Dəmir yumruğu” qulaqlarının dibindən ilişdirib də istədiyimizə əsasən çatdıq. Yerdə yalnız bəzi xırda-para, yarımçıq işlər qalır.
Ancaq daha 28-30 il gözləmək kimi lüksümüz yox!! Vəhşi qəbilənin olmayan ağlı başqa yerə getməsin. Hətta 3 il də gözləməyəcəyik. Söhbət artıq aylardan gedir, cənab haylar!..
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ