İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda silahlı insident zamanı yaralananların SON DURUMU

Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında silahlı insidentdə yaralananlardan birinin vəziyyəti stabil, digərininki isə orta ağırdır.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ilkin məlumata əsasən, silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev yaralanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, istintaq başladılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR