Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətlərinə görə təşkilata etiraz edib.
Musavat.com xəbər verir ki, nazirlik bununla bağlı ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası göndərib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, buna səbəb ATƏT-in fəaliyyətdə olan sədrinin Gürcüstana səfəri zamanı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə etirazına qoşulması olub.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Valtoneni 14 oktyabr tarixində etiraz aksiyası zamanı yolu qanunsuz bağladığına görə 5 min lari (1,8 min dollardan çox) cərimələyib.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ