İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçikyan: Bakı bütün məqsədlərinə nail olub

Stenford Universitetinin siyasi elmlər üzrə doktoru Artur Xaçikyan Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqlarını şərh edərək bildirib ki, Bakı danışıqlar prosesində artıq əsas məqsədlərinə nail olub, Ermənistan isə faktiki olaraq kapitulyasiya vəziyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ekspertin sözlərinə görə, 2020-ci il müharibəsindən sonra formalaşan yeni regional reallıqda Azərbaycan diplomatik və hərbi cəhətdən üstün mövqeyini qoruyub saxlayır. Ermənistan tərəfi isə əvvəlki illərlə müqayisədə həm siyasi, həm də strateji baxımdan daha zəif durumda görünür.

“Danışıqlar prosesində Azərbaycan istədiyinə nail olub. Ermənistan artıq bir sıra məsələlərdə razılıq verməyə məcbur qalıb. İndi isə gündəmdə yeni tələblər dayanır. Məsələn, azərbaycanlı kartoqraflar ‘Zəngəzur dəhlizi’ adlandırılan ərazinin xəritəsini yayımlayıblar, oradakı yaşayış məntəqələri həm erməni, həm də azərbaycan adları ilə qeyd olunub. Bu, regionun gələcək mərhələdə necə dəyişəcəyinə dair aydın mesajdır".

Erməni ekspert Azərbaycanın diplomatik fəallığını və Ermənistanın daxili siyasi parçalanmasının danışıqların gedişinə birbaşa təsir göstərdiyini iddia edib.

O qeyd edir ki, qarşıdakı mərhələdə sülh müqaviləsinin imzalanması və sərhədlərin demarkasiyası məsələləri daha çox Azərbaycan tərəfindən müəyyən edilən gündəmlə irəliləyəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR