Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Əş-Şəraa arasında keçirilən danışıqlarda Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi müzakirə olunub. Lakin Bəşər Əsədin təhvil verilməsi və ya onunla bağlı hüquqi proseslər barədə Kremlin “hazırda deyəcək heç nəyi yoxdur”.
Musavat.com-un məlumatına görə Peskov əlavə edib ki, NATO baş katibi Mark Rütte tərəfindən Rusiya pilot və dənizçilərinin “peşəkarlıq çatışmazlığı” barədə deyilənlər “onun mövzudan xəbərsiz olduğunu göstərir. “Əgər o, bizim hərbçiləri tanısaydı, belə deməzdi”, – deyə Kremlin nümayəndəsi bildirib.
O həmçinin vurğulayıb ki, bir çox Avropa siyasətçiləri bu gün açıq şəkildə qeyri-peşəkar davranış nümayiş etdirir.
Enerji məsələsinə toxunan Peskov bildirib ki, Kreml Rusiya neftinin alınması ilə bağlı qərarlarında yalnız Hindistan və Çin rəhbərlərinin rəsmi açıqlamalarına əsaslanır, Trampın bəyanatlarına isə əhəmiyyət verilmir.
Putinin Suriyaya mümkün səfəri barədə suala isə Peskov cavab verib ki, bu məsələ hazırda gündəmdə deyil, amma dəvətlər diplomatik kanallar vasitəsilə ötürülə bilər.
Nəhayət, Peskov 15 avqustda Alyaskada keçirilən Rusiya–ABŞ sammitini “müsbət və konstruktiv dialoq” kimi dəyərləndirib və onu “hər iki tərəf üçün uğurlu addım” adlandırıb.
Xatırladaq ki, "Politico" qəzetinin məlumatına görə, Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişməsinin səbəblərindən biri, məhz bəzi KİV-lərin Alyaska sammitini Putinin “triumfu” kimi təqdim etməsi ola bilər.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ